Ana səhifə Biz kimik?

EmbaPanel şirkəti Embawood şirkətlər qurupunun mebel sektoru üçün xammal və yarımfabrikatlarln istehsalı və təchizatı ilə məşqul olan bir brendidir. 1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür Mebel sektoru üçün xammal və yarımfabrikatların istehsalı və təchizatı ilə məşğul olan EmbaPanel şirkəti 2001 – ci ildən fəaliyyət göstərir. 

Şirkətimizin əsas fəaliyyət sahəsi üzlənmiş lövhələrin, MDF profillərin, kənar bantların, mebel aksessuarların satışıdı. Şirkətimiz Azərbaycanda yüksək keyfiyyətdə, bol çeşiddə, sərfəli qiymətə mebel istehsalı üçün xammal və yarımfabrikatları tədarük etmənin mümkün olduğuna inanır. Bu inancla istehsal etdiyi xammalın keyfiyyətinə nəzarət üçün bütün məhsullar labaratoriyasından sınaqdan keçir. Bu sinaq zamanı məhsulun parlaqlığı, cızılmağa qarşı davamlılığı, aşınma, nəmlik, qırılma, bükülmə, qopma, formaldehidin səviyyəsi kimi parametrləri yoxlanılır. İnsanların sağlamlığının qeydinə qalan EmbaPanel şirkətin məhsulları E1 ekaloji keyfiyyət norması ilə sertifikatlaşdırılıb. EmbaPanel, birlikdə inkişaf etməyə, dünyada Azərbaycan mebelinin rəqabətqabiliyyətliyini yüksəltməyə çalışır. Dünyada ölkəmizin mebelini yüksək səviyyədə təmsil etmək, Azərbaycanda mebel sektorunun inkişafı ilə mümkündür. Sektorun inkişafı onun əhatə etdiyişirkətlərin inkişafından aslıdır. Şirkətimiz, Azərbaycan mebelinin imicinin yüksəldilməsi istiqamətdə fəaliyyıt göstərən hər kəsə kömək etməyə daim hazırdır. EmbaPanel şirkəti ilə əməkdaşlıq etmək, Sizə mebel istehsalında istifadə olunan, ekaloji cəhətdən təmiz, beynəlxalq standartlara cavab verən bütün xammal və aksessuarları tələb etdiyiniz miqdar və zamanda tədarük etmə imkanı verəcək. İnkişaf etmək üçün mebel sənayesindəki yeni trendləri izləməli və onlardan kənarda qalmamalıyıq. EmbaPanel şirkəti yeniliklərdən faydalana bilməniz üçün həmişə Sizlərə yeni rənglər və materiallar təqdim edir.



EmbaPanel © 2024. Bütün hüquqlar qorunur.